8:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mərkəzi Uşaq Xəstəxanasında hüquqi maarifləndirmə tədbiri keçirilib.


İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi milli hüquq kontekstində" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həyata keçirilmiş tədbirdə Ombudsmanın əməkdaşı Aysel Nəcəfli çıxış edərək dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruri olan normativ-hüquqi aktların hazırlanması və qəbul edilməsi istiqamətində görülən intensiv və səmərəli tədbirlər barədə məlumat verib.
Qeyd olunub ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri, onların reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şəraitin yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər milli qanunvericilik normalarına uyğun olaraq tənzimlənir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
18.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).