10:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Məhkumlara tətbiq edilən tənbeh və həvəsləndirmə tədbirləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.


İyulun 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində "Məhkumlara tətbiq edilən tənbeh və həvəsləndirmə tədbirləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov və Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov çıxış edərək, məhkumların mükafatlandırılması və onlara tənbeh verilməsinin məhkumları bir birindən fərqləndirmək, daxili intizam qaydalarını pozanları, rejim qaydalarına əməl etməyənləri cəzalandırmaq, qanunlara əməl edən məhkumları isə dəstəkləmək və məhkumlar arasında hüquqpozmalara qarşı profilaktika məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

07.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).