18:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Kəngərli rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


İyulun 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "14 iyul 1969-cu il: Azərbaycanın müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Kəngərli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət orqanlarının əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.
Kəngərli Rayon İcra Hakimiyyətində keçirilmiş tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "Heydər Əliyev və insan hüquqları" mövzusunda çıxışı dinlənilib.
Sonda videoçarx nümayiş etdirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
12.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).