8:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında

Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Qanunun məqsədi

Bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edilir.

Maddə 2. Hakimiyyət səlahiyyətinin verilməsi

Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir.

Maddə 3. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləği

Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir.

 

Maddə 4. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi mənbəyi

Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi hakimiyyət səlahiyyətinə malik olan dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2002-ci il 
               334-IIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.     4 noyabr 2003-cü il tarixli 506-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 12, maddə 671)

2.     28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 iyun 2009-cu il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 399)
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).