12:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin II hissəsinin 9-cu bəndindən və 43-cü maddənin II hissəsindən "Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi," sözləri çıxarılsın.

2. 44-cü maddənin VI hissəsi aşağıdakı redaksiyada verilsin:

"VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.".

3. 45-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 45. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri

I. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir.

II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.".


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri            VASİF TALIBOV

Naxçıvan şəhəri, 25 yanvar 2011-ci il
¹ 4-IV QN














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).