«Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununa aşağıdakı dəyişikliklər edilsin:
1. 4.2-ci və 4.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
"4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.".
2. 16.1-ci maddədə «Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavininin aylıq əmək haqqına bərabər məbləğdə» sözləri «950 manat məbləğində» sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri: VASİF TALIBOV
Naxçıvan şəhəri, 28 dekabr 2009-cu il
¹ 9- III QN