14:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının qanunu

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
 
1. Preambulanın birinci abzasında və 1-ci maddənin II hissəsində hər iki halda «1921-ci il» sözlərindən sonra «tarixli» sözü əlavə edilsin.
2. 5-ci maddədə:
2.1. II hissəyə aşağıdakı məzmunda 11-12-ci bəndlər əlavə edilsin, 11-20-ci bəndlər müvafiq olaraq 13-22- ci bəndlər hesab edilsin:
«11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
12) ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;»;
2.2. II hissənin 21-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«21) Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təklif verir;».
3. 18-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.».
4. 19-cu maddənin I hissəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin, 4-cü bənd müvafiq olaraq 5-ci bənd hesab edilsin:
«4) icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;».
5. 22-ci maddədə «daimi və başqa komissiyaları» sözləri «komitələr və komissiyalar» sözləri ilə əvəz edilsin.
6. 25-ci maddədə:
6.1. I hissəyə aşağıdakı məzmunda 8-ci bənd əlavə edilsin, 8-9-cu bəndlər müvafiq olaraq 9-10-cu bəndlər hesab edilsin:
«8) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;»;
6.2. II hissə aşağıdakı redaksiyada verilsin:
«II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir.».
7. 26-cı maddədə:
7.1. I hissədə «Baş nazirinə» sözlərindən sonra «və» sözü vergül işarəsi ilə əvəz edilsin. «Ali Məhkəməsinə» sözlərindən sonra «və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna» sözləri əlavə olunsun;
7.2. II hissədə «Ali Məhkəməsinin» sözlərindən sonra «və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun» sözləri əlavə olunsun;
7.3. IV hissədə «Baş nazirinin» sözlərindən sonra «və» sözü vergül işarəsi ilə əvəz edilsin, «Ali Məhkəməsinin» sözlərindən sonra «və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun» sözləri əlavə olunsun;
7.4. V hissədə «Ali Məhkəməsi» sözlərindən sonra «və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu» sözləri əlavə olunsun;
7.5. aşağıdakı məzmunda VI hissə əlavə edilsin:
«VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.».
8. 43-cü maddədə:
8.1. IV hissədə «Ədalət mühakiməsinin həyata keçirilməsində» sözləri «Cinayət məhkəmə icraatında» sözləri ilə əvəz edilsin;
8.2. aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
«VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.».
9. 44-cü maddədə:
9.1. I hissənin birinci cümləsində «ümumi» sözündən sonra «və ixtisaslaşdırılmış» sözü əlavə olunsun, cümlənin sonuna «; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir» sözləri əlavə edilsin, ikinci cümlə çıxarılsın;
9.2. aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
«VII. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.».
10. 46-cı maddənin I hissəsində «qaydada» sözündən sonra «və hallarda» sözü əlavə edilsin, «eyni cür və dürüst» sözləri çıxarılsın.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:       VASİF TALIBOV

Naxçıvan şəhəri, 28 dekabr 2009- cu il
8- III QN















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).