«Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
NAXÇIVAN MUXTAR RESPUBLIKASININ QANUNU
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
«Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununun 19.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
«19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.».
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri: VASİF TALIBOV
Naxçıvan şəhəri, 08 yanvar 2008-ci il
¹ 3-III QN