Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ Q A N U N U
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 5-ci maddənin II hissəsinə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin və 10-19-cu bəndlər müvafiq olaraq 11-20-ci bəndlər hesab edilsin:
«10) Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;»
2. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu bəndlər hesab edilsin:
«3) Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin statusu;»
3. 25-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu bəndlər hesab edilsin:
«7) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi;»
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri: VASİF TALIBOV
Naxçıvan şəhəri, 09 iyul 2005 - ci il
¹ 4- QN