1:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliyin və əlavənin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının qanunu

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliyin və əlavənin təsdiq edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ Q A N U N U

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına aşağıdakı dəyişiklik və əlavə təsdiq edilsin:

1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin III hissəsi VI hissə hesab edilsin.

2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinə aşağıdakı redaksiyada III, IV və V hissələr əlavə edilsin:

«III. Hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.

IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

V. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azadlıqlarıının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlaının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər».

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:  VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 03 yanvar 2005 - ci il

¹ 2- QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).