"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 12.2.1-ci, 12.2.7-ci, 18-1.2.1-ci və 18-1.2.2-ci maddələrinə müvafiq olaraq "psixiatriya müəssisələri" sözlərindən sonra ", qanunsuz miqrantların saxlanılması mərkəzi" sözləri əlavə edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 22 iyul 2016-cı il