"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 16.1-ci maddədə "1430" rəqəmləri "1575" rəqəmləri ilə əvəz edilsin.
2. 16.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"16.6. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il
¹24-VQN