0:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Normativ hüquqi aktlar haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

"Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.3-cü maddədə "Qanunda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul" sözləri "Qanunun 4.1-ci maddəsində müəyyən" sözləri ilə əvəz edilsin.
2. 1.0.21-ci maddədən "o cümlədən dövlət standartları, sahə standartları, texniki şərtlər," sözləri çıxarılsın.
3. 25.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"25.2. Bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.".
4. 70.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"70.1. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktda dəyişikliklərin edilməsi zərurətinin yarandığı hallar (bu Qanunun 25.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.".
5. 71.1-ci maddədə "və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və sair)" sözləri "(onların struktur elementləri isə bu Qanunun 27-ci maddəsinin tələblərinə uyğun olaraq)" sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 71.3-cü maddə əlavə edilsin:
"71.3. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar (bu Qanunun 25.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.".

 
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 
 
Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il
23-VQN















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).