"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 9.2-ci maddədə "göstərilmədikdə" sözü "və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası)" sözləri ilə əvəz edilsin.
2. 9.3-cü maddədə "edilə bilər" sözləri "edilir" sözü ilə əvəz edilsin.
3. 10.1-ci maddənin birinci abzasında "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilsin.
4. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci və 13-1.5-ci maddələrin birinci cümlələrində "gün" sözü "iş günü" sözləri ilə əvəz edilsin.
5. 12.4-cü maddədə "apara bilər" sözləri "aparır" sözü ilə əvəz edilsin.
6. 12.6-cı maddənin ikinci cümləsində "gün də uzadıla bilər" sözləri "günədək uzadılır" sözləri ilə əvəz edilsin və üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
"Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır."
7. 13.2-ci maddənin birinci abzasında "keçirə bilər" sözləri "keçirir" sözü ilə əvəz edilsin.
8. 13.21-ci maddənin ikinci cümləsində "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilsin.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 23 may 2020-ci il