22:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. adına "müvəkkilinin" sözündən sonra "(ombudsmanının)" sözü əlavə edilsin;
1.2. 1.1-ci maddədə "müvəkkili vəzifəsi (bundan sonra "Müvəkkil" adlandırılacaq)" sözləri "müvəkkili (ombudsman) vəzifəsi (bundan sonra - Müvəkkil)" sözləri ilə, "dövlət və yerli özünüidarə orqanları," sözləri "dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları (bundan sonra - dövlət orqanları, bələdiyyələr və digər qurumlar), onların" sözləri ilə əvəz edilsin;
1.3. 1.3-cü maddədə "informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin" sözləri "dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (bundan sonra - informasiya sahibləri)" sözləri ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 1.3-1-ci maddə əlavə edilsin:
"1.3-1. Müvəkkil "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın muxtar respublikada həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.";
1.5. aşağıdakı məzmunda 1.11-ci maddə əlavə edilsin:
"1.11. Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların muxtar respublikada icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.".
2. 3.4-cü maddədə "gün" sözü "iş günü" sözləri ilə əvəz edilsin.
3. 4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"4.3. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.".
4. 5-ci maddə üzrə:
4.1. 5.2.3-cü maddədə "hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxsi" sözləri "dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri" sözləri ilə əvəz edilsin;
4.2. 5.3-cü maddəyə "hərbi vəziyyətin" sözlərindən sonra ", habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin" sözləri əlavə edilsin.
5. 6.4-cü maddəyə "poçt-teleqraf" sözlərindən sonra "və elektron" sözləri əlavə edilsin.
6. II fəslin adında "və preventiv mexanizmin" sözləri ", preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin" sözləri ilə əvəz edilsin.
7. 8-ci maddə üzrə:
7.1. 8.1-ci maddədə "ərizəçi" adlandırılacaq" sözləri " - ərizəçi" sözü ilə əvəz edilsin;
7.2. 8.2-ci maddənin birinci cümləsinə "qeyri-hökumət təşkilatları" sözlərindən sonra "(ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra - vətəndaş cəmiyyəti institutları)" sözləri əlavə edilsin və həmin maddənin ikinci cümləsində "qeyri-hökumət təşkilatları" sözləri "vətəndaş cəmiyyəti institutları" sözləri ilə əvəz edilsin;
7.3. 8.5-ci maddədə "saxlanılma yerlərində" sözləri "saxlama yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o cümlədən müvafiq tibb və təhsil müəssisələrində (bundan sonra - şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlər)" sözləri ilə əvəz edilsin.
8. 12-ci maddə üzrə:
8.1. 12.1-ci maddənin birinci cümləsində "orqanın" sözü "dövlət orqanının, bələdiyyənin və digər qurumun" sözləri ilə əvəz edilsin;
8.2. 12.2.1-ci maddədə "dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə" sözləri "dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə, polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə" sözləri ilə əvəz edilsin, həmin maddəyə ikinci halda "saxlanılan" sözündən sonra "və ya əvvəllər saxlanılmış" sözləri, "protokollaşdırmaq;" sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;" sözləri əlavə edilsin;
8.3. 12.2.2-ci maddədə "dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən" sözləri "dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən" sözləri ilə əvəz edilsin;
8.4. 12.2.5-ci maddədə "orqan" sözü "dövlət orqanı, bələdiyyə və digər qurum" sözləri ilə əvəz edilsin;
8.5. 12.2.7-ci maddədə "dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin" sözləri "dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri və digər vəzifəli şəxsləri, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin komandirləri, polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin" sözləri ilə əvəz edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.2.8-ci və 12.2.9-cu maddələr əlavə edilsin:
"12.2.8. şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;
12.2.9. bu Qanunun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.".
9. 13-cü maddə üzrə:
9.1. 13.1-ci maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;
9.2. 13.2.1-ci maddədə "dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən" sözləri "dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən" sözləri ilə, "orqanlar" sözü "dövlət orqanları, bələdiyyələr və digər qurumlar" sözləri ilə əvəz edilsin;
9.3. 13.2.3-cü maddədə "orqanlarına" sözü "dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara" sözləri ilə əvəz edilsin;
9.4. 13.2.6-cı maddədə "dövlət və ya yerli özünüidarə orqanının" sözləri "dövlət orqanının, bələdiyyənin və digər qurumun" sözləri ilə əvəz edilsin.
10. 13-1-ci maddə üzrə:
10.1. 13-1.2.1-ci və 13-1.2.3-cü maddələrdə "sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin" sözləri "sahibinin" sözü ilə əvəz edilsin;
10.2. 13-1.3-cü və 13-1.5-ci maddələrdən "olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs" sözləri çıxarılsın;
10.3. 13-1.4-cü maddədə "sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən" sözləri "sahibindən" sözü ilə əvəz edilsin;
10.4. aşağıdakı məzmunda 13-1.6-cı maddə əlavə edilsin:
"13-1.6. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.".
11. Aşağıdakı məzmunda 13-2-ci və 13-3-cü maddələr əlavə edilsin:
"Maddə 13-2. Preventiv qrup
13-2.1. Bu Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxslər preventiv qrupun üzvü təyin olunurlar. Preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.
13-2.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Preventiv qrupun üzvü təyin oluna bilməz.
13-2.3. Preventiv qrup aşağıdakı hüquqlara malikdir:
13-2.3.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;
13-2.3.2. polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;
13-2.3.3. preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.
13-2.4. Preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
13-2.5. Preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.
Maddə 13-3. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri
13-3.1. Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə bu Qanunun 1.3-1-ci maddəsinə uyğun olaraq müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
13-3.2. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq qruplarının üzvləri bu Qanunun 13-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunurlar.
13-3.3. Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:
13-3.3.1. dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;
13-3.3.2 dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;
13-3.3.3. həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;
13-3.3.4. dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;
13-3.3.5. vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.
13-3.4. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Qanunun 12-ci, 13-cü, 13-1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.".
12. 14.2-ci maddədə "dövlət və yerli özünüidarə orqanlarının" sözləri "dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların" sözləri ilə əvəz edilsin.
13. 15-ci maddə üzrə:
13.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
"Maddə 15. Müvəkkilin fəaliyyətində konfidensiallığın təmin olunması";
13.2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, Preventiv qrupun və müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə, vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.".
14. 16-cı maddə üzrə:
14.1. 16.1-ci maddədə "1920" rəqəmləri "2450" rəqəmləri ilə, "əmək haqqı" sözləri "vəzifə maaşı" sözləri ilə əvəz edilsin;
14.2. aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:
"16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,5 misli həcmində vəzifə maaşına əlavə ödənilir.";
14.3. 16.5-ci maddə ləğv edilsin;
14.4. aşağıdakı məzmunda 16.5-1-ci maddə əlavə edilsin:
"16.5-1. Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.".
15. 17.3-cü maddədə "Aparat" sözü "Müvəkkilin aparatı" sözləri ilə əvəz edilsin.
16. 18-1-ci maddə ləğv edilsin.
17. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 20. Müvəkkilin, preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət
Müvəkkilin, preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.".
 
Anar İBRAHİMOV 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin müavini
 
Naxçıvan şəhəri, 05 oktyabr 2023-cü il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).