9:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Mülki və siyasi hüquqlar haqqında

"Mülki və Siyasi Hüquqlar Haqqında" Beynəlxalq Pakt.
 
BMT Baş Məclisinin 2200A(XX1) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmişdir.

 
PREAMBULA
 
Bu Paktda iştirak edən dövlətlər
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,
həmin hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf edərək,
İnsan Hüquqları Haqqında Ümumdünya bəyannaməyə əsasən mülki və siyasi azadlıqdan istifadə edən və qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini etiraf edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hör­mət edilməsini təşviq etməyə və onlara riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq, ay­rı­lıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Pakt­da tanınan hüquqların təşviq edilməsinə səy göstərməli olduğunu nəzərə alaraq, aşağıdakı maddələrlə razı­laşırlar:

I HİSSƏ
 
Maddə 1
1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdir. Onlar 6u hüquqa əsasən öz siyasi statuslarını azad şəkildə müəyyən edir və özlərinin iqtisadi, sosial və mədəni inkişaflarını azad surətdə təmin edirlər.
2. Bütün xalqlar öz məqsədlərinə çatmaq üçün öz təbii sərvətləri və ehtiyatları barəsində qarşılıqlı mənfəət prinsipinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan irəli gələn hər hansı öhdəliyə zərər yetirmədən azad sərəncam verə bilərlər. Heç bir xalq heç bir vəchlə ona məxsus yaşayış vasitələrindən məhrum edilə bilməz.
3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünü idarə etməyən və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məsuliyyət daşıyan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına əsasən xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsini təşviq etməli və ona hörmət bəsləməlidirlər.
 
II HİSSƏ
 
Maddə 2
1. Bu Paktda iştirak edən hər bir dövlət onun ərazisi hüdudlarında və onun yurisdiksiyasında olan bütün şəxslərin bu Paktda elan olunan hüquqlarına heç bir cəhətdən, o cümlədən irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli, yaxud sosial mənşəyi, mülki vəziyyəti, doğuluşu, yaxud digər hallar baxımından fərq qoyulmadan hörmət etməyi və onların təmin olunmasını öhdəsinə götürür.
2. Əgər hələlik mövcud qanunvericilik tədbirlərində, yaxud digər tədbirlərdə nəzərdə tutulmamışsa, bu Paktda iştirak edən dövlətlər öz ölkələrinin konstitusiya prosedurlarına və bu Paktın müddəalarına müvafiq olaraq bu Paktda elan olunmuş hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərinin və digər tədbirlərin qəbul edilməsi üçün lazımi ölçü götürməyi öhdələrinə alırlar.
3. Bu Paktda iştirak edən hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:
a) bu Paktda elan olunmuş hüquq və azadlıqları pozulmuş şəxsi, həmin pozuntu rəsmi səviyyədə hərəkət edən şəxslər tərəfindən törədilmişsə də, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;
b) belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu dikər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə müdafiəsinin imkanlarını inkişaf etdirmək;
c) nəzərdə tutulduğu hallarda, səlahiyyətli hakimiyyət orqanlarının hüquqi müdafiə vasitələrinin tətbiq olunmasını təmin etmək.
 
Maddə 3
Bu Paktda iştirak edən dövlətlər kişilər və qadınlar üçün bu Paktda nəzərdə tutulan bütün mülki və siyasi hüquqlardan bərabər surətdə istifadə olunmasını təmin etməyi öhdələrinə götürürlər.
 
Maddə 4
1. Dövlətdə millətin taleyini təhlükədə qoyan və mövcudluğu haqda rəsmi surətdə elan edilmiş fövqəladə vəziyyət yarandıqda, bu Paktda iştirak edən dövlətlər Pakt üzrə öhdəliklərindən geriçəkilmə; tədbirləri qəbul edə bilər, lakin bu, vəziyyətin kəskinliyinin tələb etdiyi dərəcədə, belə tədbirlərin onların beynəlxalq hüquqa dair digər öhdəliklərinə zidd olmaması və müstəsna olaraq irq, dərisinin rəngi, cins, dil, din, yaxud sosial mənşə əsasında ayrı-seçkiliyə gətirib çıxarmaması şərtilə olmalıdır.
2. Bu müddəa 6, 7, 8(1-ci və 2-ci bəndlər), 11, 15, 16 və 18-ci maddələrdən hər hansı bir şəkildə geriçəkilmə üçün əsas ola bilməz.
3. Bu Paktda iştirak edən hər bir dövlət geriçəkilmə hüququndan istifadə etdikdə, dərhal həmin Paktda iştirak edən digər dövlətlərə geri çəkildiyi müddəalar və onu belə geriçəkilməyə vadar edən səbəblər haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə məlumat verməlidir. Eləcə də, həmin vasitəçi ilə onun bu geriçəkilməyə xitam verdiyi tarix bildirilməlidir.
 
Maddə 5
1. Bu Paktda heç nə hər hansı bir dövlətin, hər hansı bir insan qrupunun, yaxud kiminsə bu Paktda tanınmış Hüquq və ya azadlıqlardan hər hansı birini ləğv etməyə, yaxud onları .bu Paktda nəzərdə tutulduğundan çox məhdudlaşdırmağa yönəldilmiş hansısa fəaliyyətlə məşğul olmaq, yaxud hansısa hərəkətlərə yol vermək hüququna malik olması kimi yozula bilməz.
2. Hər hansı bir ölkədə qanunla, konvensiyalarla, qayda, yaxud adətlərlə tanınan, yaxud mövcud olan əsas insan hüquqlarından heç birinin həmin hüquqların bu Paktda tanınmadığı, yaxud məhdud həcmdə tanınması bəhanəsi ilə heç cür məhdudlaşdırılmasına, yaxud onların əhəmiyyətinin azaldılmasına yol verilmir.
III HİSSƏ
 
Maddə 6
1. Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.
2. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə, həmin cinayətlər törədildiyi vaxt qüvvədə olan və bu Paktın qərarlarına və Soyqırımı cinayətinin qarşısını almaq və ona görə cəzalandırma haqqında konvensiyaya zidd olmayan qanuna müvafiq çıxarıla bilər. Bu cəza səlahiyyətli məhkəmənin qəti qərarı əsasında yerinə yetirilə bilər.
3. Həyatdan məhrumetmədə soyqırımı cinayəti tərkibi varsa, nəzərə .almaq lazımdır ki, bu maddədə heç nə bu Paktda iştirak edən dövlətlərə hər hansı bir yolla Soyqırımı cinayətinin qarşısını almaq və ona görə cəzalandırma haqqında konvensiyanın qərarlarına müvafiq qəbul edilmiş hər hansı öhdəlikdən geri çəkilmək hüququ vermir.
4. Ölüm cəzasına məhkum edilmiş hər kəsin bağışlanmasını, yaxud hökmün yumşaldılmasını xahiş etmək hüququ var. Amnistiya, bağışlanma, yaxud ölüm hökmünün dəyişdirilməsi bütün hallarda mümkündür.
5. Ölüm hökmü törətdikləri cinayətlərə görə yaşı on səkkizdən az olan şəxslər barəsində çıxarılmır və hamilə qadınlar barəsində icra olunmur.
6. Bu maddədə heç nə ölüm hökmünün bu . Paktda iştirak edən: hər hansı bir dövlət tərəfindən təxirə salınmasına, yaxud ləğv olunmasına icazə verilməməsi üçün əsas sayıla bilməz.
 
Maddə 7
Heç kəs qəddar, insanlıqdan kənar işkəncələrə, yaxud onun ləyaqətini alçaldan davranışa, yaxud cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxs üzərində onun azad razılığı olmadan tibbi, yaxud elmi təcrübə aparıla bilməz.
 
Maddə 8
1. Heç kəs köləlikdə saxlana bilməz. Köləlik və qul ölkələrinin bütün növləri qadağandır.
2. Heç kəs asılı vəziyyətdə saxlana bilməz.
3. a) heç kəs məcburi, yaxud icbari əməyə vadar edilə bilməz;
b) cinayətə görə cəzanın katorqa işləri ilə birlikdə azadlıqdan məhrumetmə şəklində təyin edilə bildiyi ölkələrdə 3.a) bəndi belə cəza təyin etmiş səlahiyyətli məhkəmənin hökmü üzrə katorqa işlərinin yerinə yetirilməsinə maneə sayıla bilməz;
c) bu bənddə «məcburi, yaxud icbari əmək» termini aşağıdakıları əhatə etmir:
i) bir qayda olaraq, məhkəmənin qanuni sərəncamı ilə həbsdə olan, yaxud belə həbsdən şərti azad edilmiş şəxsin yerinə yetirdiyi, i) yarımbəndində xatırlanmayan hər hansı bir iş, yaxud xidmət;
ii) Hərbi xarakterli hər hansı bir.xidmət, hərbi xidmətdən siyasi və dini-etik motivlərə görə imtina olunmasının qəbul edildiyi ölkələrdə isə. Həmin motivlərə görə hərbi xidmətdən imtina etmiş şəxslər üçün nəzərdə tutulan hər hansı bir xidmət;
iii) əhalinin həyatı, yaxud rifahı üçün təhlükəli olan fövqəladə vəziyyət, yaxud fəlakət hallarında hər hansı bir icbari xidmət;
iv) adi vətəndaşlıq vəzifələrinə daxil olan hər hansı bir iş, yaxud xidmət.
 
Maddə 9
1. Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.
2. Hər kəs həbs olunarkən, əleyhinə sürülən hər hansı ittiham dərhal ona bildirilir.
3. Cinayət ittihamı ilə həbs olunmuş, yaxud tutulub saxlanmış hər bir şəxs təcili surətdə məhkəmə hakiminin, yaxud məhkəmə hakimiyyətini icra etmək hüququna və ağlabatan müddətdə məhkəmə baxışı .aparmaq, yaxud azad etmək hüququ olan vəzifəli şəxsin yanına gətirilir. Məhkəmə baxışını közləyən şəxslərin dustaq saxlanması ümumi qayda olmamalıdır. Lakin azad olunma məhkəməyə, məhkəmə təhqiqatının hər hansı bir mərhələsinə və zəruri hallarda hökmün icrası üçün gəlmək haqqında təminat verməkdən asılı edilə bilər.
4. Həbs, yaxud dustaqlıq nəticəsində azadlıqdan məhrum edilən hər bir şəxs tutulub saxlanılmasının qanuniliyi barədə qərar çıxarılmaq, əgər həbs qanunsuzdursa, azad edilməsi barədə sərəncam verilmək üçün onun işinə məhkəmədə baxılması hüququna malikdir.
5. Qanunsuz həbs, yaxud dustaqlıq qurbanı olan hər kəsin iddia gücünə malik kompensasiya hüququ var.
 
Maddə 10
1. Azadlıqdan məhrum edilmiş bütün şəxslər humanist davranışa,. insan şəxsiyyətinin ləyaqətinə hörmət edilməsi hüququna malikdirlər.
2. a) Müttəhimlər, müstəsna hallar olmadıqda, məhkum olunmuş şəxslərdən ayrı saxlanılır və onlar üçün məhkum olunmamış şəxslər statusuna uyğun rejim qoyulur.
b) yetkinliyə çatmamış müttəhimlər yetkinliyə çatmışlardan təcrid edilir və ən qısa müddətdə qərar çıxarılmaq üçün məhkəməyə göndərilir.
3. Həbs cəzası sistemində məhbuslar üçün əsas məqsədi onları islah və yenidəntərbiyə etmək olan rejim nəzərdə tutulur. Yetkinliyə çatmamış qanun pozucuları yetkinliyə çatmışlardan təcrid edilir və onlar üçün yaşlarına və hüquqi statuslarına uyğun rejim qoyulur.
 
Maddə 11
1. Heç kəs hər hansı bir müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmamasına əsasən azadlıqdan məhrum edilə bilməz.
 
Maddə 12
1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüququ var.
2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.
3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər Hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa məhdudiyyət obyekti ola bilməz.
4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.
 
Maddə 13
Bu Paktda iştirak edən dövlətlərdən hər hansı birinin ərazisində qanuni surətdə olan əcnəbi yalnız qanuna müvafiq çıxarılan qərara əsasən sürgün edilə bilər, əgər dövlət təhlükəsizliyi mülahizələri bunu qeyd-şərtsiz tələb etmirsə, sürgün olunması əleyhinə dəlillərini gətirmək, öz işinə səlahiyyətli hakimiyyət orqanı, yaxud səlahiyyətli hakimiyyət orqanı tərəfindən xüsusi təyin olunmuş şəxs və ya şəxslər1 tərəfindən yenidən baxılmaq və bu məqsədlə həmin hakimiyyət orqanı, şəxs və ya şəxslər qarşısında təmsil olunmaq hüququna malikdir.
 
Maddə 14
1. Bütün şəxslər məhkəmə və tribunal qarşısında bərabərdir. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir. Demokratik cəmiyyətdə mətbuat və ictimaiyyət əxlaq, ictimai asayiş, yaxud dövlət təhlükəsizliyi mülahizələrinə görə, yaxud tərəflərin şəxsi həyatlarının mənafeyi tələb etdikdə, yaxud məhkəmənin fikrincə ciddi zərurət olduqda - açıq məhkəmənin ədalət məhkəməsini poza biləcəyi xüsusi hallarda - məhkəmə baxışına bütövlükdə, yaxud onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinliyə çatmamışların mənafeyinin tələb etdiyi, yaxud işin evlənməyə, yaxud uşaqlar üzərində qəyyumluq mübahisələrinə aid olduğu hallar istisna edilməklə, cinayət, yaxud mülki işlərə dair hər bir məhkəmə qərarı açıq olmalıdır.
2. Cinayətdə ittiham olunan hər kəs onun təqsiri qanuna əsasən sübut edilənədək günahkar sayılmamaq hüququna malikdir.
3. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, tam bərabərlik əsasında minimum aşağıdakılara təminat hüququna malikdir:
a) ona qarşı irəli sürülən ittihamın xarakteri və əsası ilə təcili qaydada və onun başa düşdüyü dildə ətraflı xəbərdar edilmək;
b) özünü müdafiəyə hazırlamaq üçün kifayət qədər vaxta və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq imkanına malik olmaq;
c) əsassız ləngitməyə yol verilmədən mühakimə edilmək;
d) özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək: əgər müdafiəçisi yozdursa, bu hüququ haqqında xəbərdar edilmək və ədalət məhkəməsinin, mənafeyi tələb etdiyi bütün hallarda təyin olunmuş müdafiəçiyə və müdafiə haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadığı hallarda pulsuz müdafiəçiyə malik olmaq;
e) onun əleyhinə ifadə verən şahidləri dindirmək, yaxud bu şahidlərin dindirilməsi hüququna malik olmaq, öz şahidlərinin onun əleyhinə ifadə verən şahidlər üçün mövcud olan şərtlərlə istintaqa .çağırılması hüququna malik olmaq;
1) məhkəmədə istifadə olunan dili başa düşmürsə, yaxud bu dildə danışmırsa, tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
g) və əleyhinə ifadə verməyə, yaxud özünün müqəssir olduğunu etiraf etməyə məcbur edilməmək.
4. Yetkinliyə çatmayanlar barəsində məhkəmə prosesi onların yaşı və yenidəntərbiyə edilmək istəyinə yardım göstərilməsi nəzərə alınmaqla aparılmalıdır.
5. Hər hansı bir cinayətə görə məhkum olunmuş hər kəs onun barəsindəki ittihama və hökmə qanuna əsasən yuxarı məhkəmə instansiyalarında yenidən baxılması hüququna malikdir.
6. Əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır.
7. Heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq qəti surətdə məhkum olunduğu, yaxud bəraət qazandığı bir cinayət üçün ikinci dəfə mühakimə edilməməli, yaxud cəzalandırılmamalıdır.
 
Maddə 15
1. Heç kəs qüvvədə olan ölkədaxili qanunvericiliyə, yaxud beynəlxalq hüquqa əsasən törədildiyi vaxt cinayət olmayan hansısa hərəkət, yaxud səhv üstündəhansısa cinayət törətməkdə müqəssir sayıla bilməz. Eləcə də, cinayət törədildiyi vaxt tətbiq edilməli olan cəzadan ağır cəza təyin edilə bilməz. Əgər cinayət törədildikdən sonra qanunla daha yüngül cəza müəyyən edilirsə, bu qanunun təsiri həmin cinayətkara da şamil olunur.
2. Bu maddədə heç nə hər bir şəxsin törədilərkən beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə əsasən cinayət olan hər hansı bir əməlinə, yaxud xətasına görə məhkəməyə verilməsinə və cəzalandırılmasına mane olmur.
 
Maddə 16
Hər bir insan harada olursa-olsun hüquq subyektliyi kimi qəbul edilmək hüququna malikdir.
 
Maddə 17
1. Heç kəsin şəxsi və ailə həyatına özbaşına, yaxud qanunsuz müdaxilə, mənzil toxunulmazlığını, yaxud yazışma sirrinə özbaşına, yaxud qanunsuz qəsd, yaxud şərəfinə və adına qanunsuz qəsd edilə bilməz.
2. Hər bir insanın. belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.
 
Maddə 18
1. Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var. Bu hüquqa özünün seçdiyi dinə və əqidəyə malik olmaq, öz dininə və əqidəsinə istər təklikdə, istərsə də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini ayin və mərasimlərin icrasında və təlimdə etiqad bəsləmək azadlığı daxildir.
2. Heç kəs onun dinə, yaxud əqidəyə malik olmaq və ya onları öz istəyi ilə qəbul etmək azadlığına xələl gətirən məcburiyyətə məruz qalmamalıdır.
3. Din, yaxud əqidə azadlığı yalnız qanunla qoyulmuş və ictimai təhlükəsizliyin, asayişin, sağlamlığın və əxlaqın, eləcə də başqa şəxslərin əsas hüquq və azadlıqlarının qorunması üçün zəruri olduğu qədər məhdudlaşdırılmalıdır.
4. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşaqlarının öz şəxsi əqidələrinə uyğun dini və mənəvi tərbiyə almasını təmin etmək azadlığına hörmət etməyi öhdələrinə götürürlər.
 
Maddə 19
1. Hər bir insan şəxsi fikri olmaq hüququna malikdir.
2. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir.
3. Bu maddənin 2-ci bəndində göstərilən hüquqlardan istifadə olunması xüsusi vəzifələr qoyur və məsuliyyət tələb edir. Belə ki, bu, bir sıra məhdudiyyətlərlə bağlı ola bilər. Lakin onlar qanunla müəyyənləşdirilməli və aşağıdakıların təmin edilməsi üçün zəruri olmalıdır:
a) başqalarının hüquqlarına və adına hörmət edilməsi üçün;
b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlıq, yaxud mənəviyyatının qorunması üçün.
 
Maddə 20
1. Hər cür müharibə təbliğatı qanunla qadağan edilməlidir.
2. Ayrı-seçkiliyə, düşmənçiliyə, zorakılığa təhrik olan milli, irqi, yaxud dini nifrətin lehinə edilən hər hansı bir çıxış qanunla, qadağan olunmalıdır.
 
Maddə 21
Dinc yığıncaqlar hüququ tanınır. Bu hüquqdan istifadə edilməsinə qanuna müvafiq olaraq qoyulan və demokratik cəmiyyətdə dövlət! təhlükəsizliyinin, yaxud ictimai təhlükəsizliyin, ictimai asayişin.Y əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyulmur.
 
Maddə 22
1. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə ittifaqlara girmək hüququ da daxil olmaqla, başqaları ilə birgə assosiasiyalar yaratmaq hüququna malikdir.
2. Bu hüquqdan; istifadə edilməsinə qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyulmur. Bu maddə silahlı qüvvələrin, yaxud polisin tərkibinə daxil olan şəxslərin həmin hüquqdan istifadə etməsinə qanuni məhdudiyyətlər tətbiq edilməsinə mane olmur.
3. Bu maddədə heç nə Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar yaratmaq və təşkilatlanma hüququnun müdafiəsinə dair 1948-ci il Konvensiyasında iştirak edən dövlətlərə həmin Konvensiyada nəzərdə tutulan təminatların zərərinə qanunvericilik aktları qəbul etmək, yaxud qanunu bu təminatlara xələl gətirə biləcək şəkildə tətbiq etmək hüququ vermir.
 
Maddə 23
1. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.
2. Nikah yaşına çatmış bütün kişilərin və qadınların nikaha daxil, olmaq hüququ və ailə qurmaq hüququ var.
3. Heç bir nikah ona daxil olan tərəflərin azad və tam razılığı olmadan bağlana, bilməz.
4. Bu Paktda iştirak edən bütün dövlətlər ər-arvadın nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən hüquq və vəzifələrinin bərabərliyinin təmin olunması üçün lazımi tədbirlər görməlidirlər. Nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır.
 
Maddə 24
1. Hər bir uşağın irq, dərisinin rəngi, cins, dil, din, milli, yaxud sosial mənşə, mülki vəziyyət, yaxud doğuluş əlamətlərinə görə heç bir ayrı-seçkilik qoyulmadan, ailəsi, cəmiyyət və dövlət tərəfindən azyaşlı kimi vəziyyətinin tələb etdiyi müdafiə tədbirləri görülməsi hüququ var.
2. Hər bir uşaq doğulan kimi dərhal qeydiyyata alınmalı və onun adı olmalıdır.
3. Hər bir uşağın vətəndaşlıq əldə etmək hüququ var.
 
Maddə 25
Hər bir insan 2-ci maddədə xatırlanan heç bir ayrı-seçkilik və əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:
a) dövlət işlərinin aparılmasında istər bilavasitə, istərsə də azad şəraitdə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək;
b) səs vermək və ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin sərbəst iradəsini təmin edən həqiqi vaxtaşırı seçkilərdə seçilmək;
c) öz ölkəsində ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq.
 
Maddə 26
Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkilik qoyulmadan müdafiə olunmaq hüququna malikdir. Bu baxımdan hər cür ayrı-seçkilik qanunla qadağan olunmalı və qanun bütün şəxslərin hər hansı əlamətinə, o cümlədən irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər əqidələrinə, milli, yaxud sosial mənşəyinə, mülki vəziyyətinə, doğuluşuna, yaxud digər hallara görə ayrı-seçkilikdən bərabər və təsirli müdafiə olunmasını təmin etməlidir.
 
Maddə 27
Etnik, din və dil azlıqlarının mövcud olduğu ölkələrdə belə azlıqlara mənsub olan şəxslər həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz dininə etiqad bəsləmək və onun ayinlərini icra etmək, eləcə də öz doğma dilindən istifadə etmək hüququndan məhkum edilə bilməz.
 
IV HİSSƏ
 
Maddə 28
1. İnsan hüquqları Komitəsi (bu Paktda bundan sonra Komitə adlandırılacaq) yaradılır. O, on səkkiz üzvdən ibarət olub, aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirir.
2. Komitənin tərkibinə bu Paktda iştirak edən dövlətin vətəndaşı olan yüksək mənəvi keyfiyyətlərə, insan hüquqları sahəsində mötəbər səlahiyyətə malik şəxslər daxildir, hüquq təcrübəsinə malik bir sıra şəxslərin iştirakının faydalılığı da nəzərə alınır.
3. Komitə üzvləri şəxsi keyfiyyətdə seçilir və işləyirlər.
 
Maddə 29
1. Komitə üzvləri 28-ci maddənin tələblərinə cavab verən və bu Paktda iştirak edən dövlətlərin həmin məqsədlə namizədliklərini irəli sürdükləri şəxslərin siyahısından gizli səsvermə yolu ilə seçilir.
2. Bu Paktda iştirak edən dövlətlərdən hər biri iki şəxsdən çox namizəd irəli sürə bilməz. Bu şəxslər onların namizədliyini irəli sürmüş dövlətin vətəndaşı olmalıdır.
3. Hər bir şəxsin namizədliyinin təkrar irəli sürülmək hüququ var.
 
Maddə 30
1. İlk seçkilər bu Paktın qüvvəyə mindiyi kündən sonra altı aydan gec olmayaraq keçirilir.
2. 34-cü maddəyə müvafiq olaraq açıq vakansiyaları tutmaq üçün elan olunan seçkilərdən başqa, hər seçkiyə heç olmasa dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktda iştirak edən bütün dövlətlərə üç ay müddətində Komitənin üzvlüyünə namizədlərin təqdim olunması barədə yazılı müraciət edir.
3. birləşmiş Millətlər Təşkilatının Baş katibi namizədliyi həmin qayda ilə irəli sürülmüş bütün şəxslərin, bu Paktda iştirak edən hansı dövlət tərəfindən irəli sürüldüyü göstərilməklə, əlifba sırası ilə siyahısını tərtib edir, həmin siyahını hər seçkinin keçiriləcəyi tarixən bir ay keç olmayaraq bu Paktda iştirak edən dövlətlərə tətbiq edir.
4. Komitə üzvlərinin seçkisi bu Paktda iştirak edən dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş katibi tərəfindən Birlərmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində çağırılan iclasında keçirilir. Yetərsay üçün bu Paktda iştirak edən dövlətlərin üçdə ikisinin iştirakı kifayət olan həmin iclasda namizədlikləri daha çox səs alan və iştirakçı-dövlətlərin iclasda və səsvermədə iştirak edən nümayəndələrinin mütləq səs çoxluğunu qazanan şəxslər Komitəyə üzv seçilmiş sayılır.
 
Maddə 31
1. Komitəyə eyni dövlətdən bir vətəndaşdan çox üzv daxil ola bilməz.
2. Komitəyə seçkilər zamanı üzvlərin ədalətli coğrafi bölgüsü, müxtəlif sivilizasiya formalarının və əsas hüquq sistemlərinin təmsil olunması nəzərə alınır.
 
Maddə 32
1. Komitə üzvləri dörd il müddətinə seçilir. Onların namizədlikləri yenidən irəli sürüldükdə təkrar seçilmək hüququ var. Lakin ilk seçkilərdə seçilmiş üzvlərdən doqquzunun səlahiyyət müddəti ikinci ilin sonunda bitir; ilk seçkilərdən dərhal sonra həmin doqquz üzvün adı 30-cu maddənin 4-cü bəndində xatırlanan Sədr tərəfindən püşk vasitəsilə müəyyən edilir.
2. Səlahiyyət müddəti bitdikdə bu Paktın bu hissəsinin əvvəlki maddələrinə müvafiq olaraq seçkilər keçirilir.
 
Maddə 33
1. Əgər digər üzvlərin yekdil fikrincə Komitənin hər hansı bir üzvü Hər hansı səbəbdən, müvəqqəti iştirak etməmək nəzərə alınmamaqla, öz funksiyalarını icra etməyə xitam veribsə, Komitənin Sədri bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verir. Baş katib isə bundan sonra həmin üzvün yerini boş elan edir.
2. Komitə üzvlərindən hansısa öldükdə, yaxud istefaya çıxdıqda Komitənin Sədri dərhal Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verir. Baş katib isə həmin yeri ölüm günündən, yaxud istefanın gerçəkləşdiyi gündən boş elan edir.
 
Maddə 34
1. 33-cü maddəyə müvafiq olaraq vakansiya elan olunduqda və əvəz ediləsi üzvün səlahiyyət müddəti bu vakansiya elan ediləndən sonra altı ay müddətində qurtarmırsa, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 29-cu maddəyə müvafiq olaraq bu Paktın həmin vakansiyanı tutmaq üçün iki ay müddətində öz namizədini irəli surə bilən hər bir iştirakçı-dövlətini xəbərdar edir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu qayda ilə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını tərtib edərək hamin siyahını bu Paktda iştirak edən dövlətlərə təqdim edir. Sonra vakansiyaları tutmaq üçün bu Paktın hazırki hissəsinin müvafiq müddəalarına əsasən seçkilər keçirilir.
3. Komitənin 33-cü maddəyə müvafiq olaraq elan edilmiş vakansiyanı tutmaq üçün seçilən üzvü, göstərilən maddənin müddəalarına əsasən, vəzifəsini Komitədə yeri boşalan üzvün yerdə qalan səlahiyyət müddəti ərzində daşıyır.
 
Maddə 35
Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Komitənin vəzifələrinin əhəmiyyəti nəzərə alınmaqla müəyyən etdiyi qayda və şərtlərlə Birləşmiş Millətlər Təşkilatının vəsaitindən Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən təsdiq olunmuş əmək haqqı alırlar.
 
Maddə 36
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Pakta müvafiq olaraq funksiyalarını səmərəli həyata keçirməsi üçün lazımi sayda personal və maddi vəsait ayırır.
 
Maddə 37
1.Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin ilk iclasını Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində çağırır.
2. Komitə ilk iclasdan sonra onun prosedura qaydalarında nəzərdə tutulan vaxtlarda yığışır.
3. Komitə adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində, yaxud Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki şöbəsində toplaşır.
 
Maddə 38
1.Komitənin hər bir üzvü öz vəzifələrinin icrasına başlamazdan əvvəl Komitənin açıq iclasında öz funksiyalarını qərəzsiz və vidanla yerinə yetirəcəyi barədə təntənəli bəyanat verir.
 
Maddə 39
1. Komitə iki il müddətinə öz vəzifəli şəxslərini seçir. Onlar təkrar seçilə bilərlər.
2. Komitə özünün məxsusi prosedura qaydalarını müəyyən edir. Lakin bu qaydalar Həm də aşağıdakıları nəzərdə tutmalıdır:
a) yetərsay Komitənin on iki üzvündən ibarətdir;
b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
 
Maddə 40
1. Bu Paktda iştirak edən dövlətlər bu Paktda tanınan hüquqların həyata keçirilməsi ilə əlaqədar gördükləri tədbirlər və həmik hüquqlardan istifadə olunmasında əldə edilmiş uğurlar Haqqında aşağıdakı qaydada məruzələr təqdim etməyi öhdələrinə götürürlər:
a) bu Pakt qüvvəyə mindikdən sonra bir il ərzində müvafiq iştirakçı-dövlətlər barəsində;
b) gələcəkdə Komitənin tələb etdiyi bütün hallarda.
2. Bütün məruzələr Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edilir, o isə həmin məruzələri baxılmaq üçün Komitə üzvlərinə göndərir. Məruzələrdə bu Paktın həyata keçirilməsinə təsir göstərən amillər çətinliklər, əgər varsa, göstərilir.
3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitə ilə1 məsləhətləşmədən sonra məruzələrin maraqlı ixtisaslaşdırılmış idarələrin səlahiyyət dairəsinə aid ola bilən hissələrinin nüsxələrini onlara göndərə bilər.
4. Komitə bu Paktda iştirak edən dövlətlərin təqdim etdiyi məruzələri öyrənir. O, öz məruzələrini və məqsədəuyğun saydığı ümumi xarakterli qeydlərini iştirakçı dövlətlərə göndərir. Komitə həmin qeydləri bu Paktda iştirak edən dövlətlərdən aldığı məruzələrin nüsxələri ilə birlikdə İqtisadi və Sosial Şuraya da göndərə bilər.
5. Bu Paktda iştirak edən dövlətlər bu maddənin 4-cü bəndinə müvafiq olaraq edilə bilən hər hansı qeydə dair öz mülahizələrini Komitəyə təqdim edə bilər.
 
Maddə 41
1. Bu maddəyə müvafiq olaraq bu Paktda iştirak edən dövlət istənilən vaxt hansısa iştirakçı-dövlətin. başqa bir iştirakçı-dövlətin bu Pakt üzrə öz öhdəliklərini yerinə yetirmədiyini iddia etməsi barədə məlumatı almaq və ona baxmaq səlahiyyətini tanıdığını bəyan edə bilər. Bu maddədə nəzərdə tutulan məlumatlara yalnız onların bu Komitənin səlahiyyətini tanıdıqlarını bəyan etmiş iştirakçı-dövlətlər tərəfindən təqdim olunduğu təqdirdə baxıla bilər. Komitə bu cur bəyanat verməmiş iştirakçı-dövlətə aid heç bir məlumat qəbul etmir. Bu maddəyə müvafiq olaraq, alınmış məlumatlara aşağıdakı prosedura qaydasına uyğun baxılır;
a) Əgər bu Paktda iştirak edən dövlətlərdən biri hesab edirsə ki, başqa bir iştirakçı-dövlət bu Pakdan qərarlarını yerinə yetirmir, onda o, bu məsələni yazılı məlumatla göstərilən dövlətin nəzərinə çatdıra bilər. Bu məlumatı alan dövlət bundan sonra üç ay ərzində həmin məlumatı göndərmiş dövlətə izahat, yaxud hər hansı bir digər bəyanat təqdim edir. Burada mümkün və məqsədəuyğun, olduğu qədər; daxili prosedurlara istinad edilməli və həmin. məsələ, ilə əlaqədar görülmüş, yaxud görülə biləcək tədbirlər barədə məlumat verilməlidir;
b) əgər məsələ hər iki iştirakçı-dövlət üçün qənaətbəxş şəkildə həll olunmazsa, məktubu alan dövlətin ilk məlumatı almasından sonra, altı ay ərzində həmin dövlətlərdən hər biri həmin məsələni, Komitəni və digər dövləti xəbərdar etməklə, Komitənin müzakirəsinə vermək hüququna malikdir;
c) Komitə ona verilmiş məsələyə yalnız indiki halda hamı tərəfindən q&bul edilmiş beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq, bütün mümkün daxili vasitələrin sınaqdan çıxarıldığına və tükəndiyinə əmin olduqdan sonra baxır. Həmin qayda bu vasitələrdən istifadə əsassız olaraq ləngidildikdə işləmir;
d) Komitə bu maddədə nəzərdə tutulan məlumatlara qapalı iclaslarda baxır;
e) Komitə c) yarımbəndinin qərarlarına riayət edərək məsələnin bu Paktda tanınan insan hüquqlarına və əsas azadlıqlara hörmət əsasında dostcasına həll etmək məqsədilə maraqlı iştirakçı-dövlətlərə xeyirxah xidmət göstərir;
f) Komitə ona baxılmağa verilmiş hər hansı bir məsələ barəsində b) yarımbəndində xatırlanan maraqlı iştirakçı-dövlətlərə müraciətlə işə dair istənilən məlumatı təqdim etməyi xahiş edə bilər;
g) Bu maddənin v) yarımbəndində xatırlanan maraqlı iştirakçı-dövlətlər məsələyə Komitədə baxılarkən, təmsil olunmaq və şifahi, yaxud yazılı təqdimatlar vermək hüququna malikdirlər;
h) Komitə v) yarımbəndinə müvafiq olaraq, bildiriş aldığı gündən sonra 12 ay ərzində məruzə təqdim edir;
i) əgər e) yarımbəndinin qərarları çərçivəsində qərar əldə edilərsə, Komitə öz məruzəsində faktların və əldə edilmiş qərarın qısa şərhi ilə kifayətlənir;
ii) əgər e) yarımbəndinin qərarları çərçivəsində qərar qəbul edilməzsə, Komitə öz məruzəsində faktların qısa şərhi ilə kifayətlənir; yazılı təqdimatlar və maraqlı iştirakçı-dövlətlərin şifahi təqdimatlarının yazılı mətnləri məruzəyə əlavə edilir. Hər bir məsələyə dair məruzə maraqlı iştirakçı-dövlətlərə göndərilir.
2. Bu maddənin qərarları, bu Paktda iştirak edən on dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. Həmin bəyanatlar iştirakçı-dövlətlər tərəfindən Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulur. Baş katib həmin bəyanatların surətlərini qalan iştirakçı-dövlətlərə göndərir. Ərizə Baş katibə bildirilməklə geri götürülə bilər. Bu hərəkət bu maddəyə müvafiq olaraq artıq təqdim olunmuş məlumata aid hər hansı məsələyə baxılmasına mane olmur. Maraqlı iştirakçı-dövlət yeni bəyanat verməzsə, hər hansı iştirakçı-dövlətin ərizənin geri götürülməsi barədə Baş katib bildiriş aldıqdan sonra təqdim etdiyi heç bir sonrakı məlumat qəbul edilmir.
 
Maddə 42
1. a) 41-ci maddəyə müvafiq olaraq, artıq Komitəyə verilmiş hər hansı bir məsələ maraqlı olan iştirakçı-dövlətləri qaneedici şəkildə həll edilməmişsə, Komitə maraqlı iştirakçı-dövlətlərlə ilkin razılaşmadan sonra xüsusi razılaşdırıcı komissiya (bundan sonra «Komissiya» adlandırılacaq) təyin edə bilər. Komissiya maraqlı iştirakçı-dövlətlərə həmin məsələnin xoşluqla həll olunması məqsədilə xeyirxah xidmət göstərir;
b) Komissiya maraqlı iştirakçı-dövlətlər üçün məqbul olan beş şəxsdən ibarət olur. Əgər maraqlı iştirakçı-dövlətlər üç ay ərzində Komissiyanın tam, yaxud bir hissəsinin tərkibi barəsində razılıq əldə etməzsə, Komissiyanın təyin olunmaları barəsində razılıq əldə edilməmiş üzvləri gizli səsvermə yolu ilə Komitə üzvləri tərkibinin üçdə ikisinin səs çoxluğu ilə seçilir.
2. Komissiya üzvləri vəzifələrini şəxsi keyfiyyətlə yerinə yetirirlər, onlar maraqlı iştirakçı-dövlətlərin, yaxud bu Paktda iştirak etməyən, yaxud 41-ci maddəyə müvafiq olaraq bəyanat verməmiş dövlətin vətəndaşı olmamalıdır.
3. Komissiya öz Sədrini seçir və özünün məxsusi prosedura qaydalarını müəyyən edir.
4. Komissiyanın iclasları, adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində, yaxud Birləşmiş Millətlər Təşkilatının Cenevrə şöbəsində keçirilir. Lakin onlar Komissiyanın Birləşmiş Millətlər Təşkilatının Baş katibi və müvafiq iştirakçı-dövlətlərlə məsləhətləşmədə müəyyən etdiyi bu cür digər əlverişli yerlərdə də keçirilə bilər.
36-cı maddəyə müvafiq olaraq ayrılmış Katiblik, həmçinin, bu maddəyə əsasən yaradılmış komissiyalara xidmət göstərir.
6. Komitənin aldığı və öyrəndiyi informasiya Komissiyanın sərəncamına verilir. Komissiya maraqlı iştirakçı-dövlətlərə müraciətlə işə dair istənilən informasiya təqdim olunmasını xahiş edə bilər.
7. Komissiya məsələyə tam şəkildə baxdıqdan - lakin hər halda, həmin məsələ ona veriləndən sonra 12 aydan gec olmayaraq - Komitə Sədrinə maraqlı iştirakçı-dövlətlərə göndərilmək üçün məruzə təqdim edir:
a) Komissiya həmin məsələyə baxılmasını başa çatdıra bilməmişsə, öz məruzəsində həmin məsələyə baxılması vəziyyətinin qısa şərhi ilə kifayətlənir;
b) həmin məsələ bu Paktda tanınan insan hüquqlarına riayət edilməsi əsasında xoşluqla həll edilərsə, Komissiya öz məruzəsində faktların və əldə edilmiş qərarın qısa şərhi ilə kifayətlənir;
c) əgər b) yarımbəndində göstərilən qərar əldə edilməzsə, Komissiyanın məruzəsində maraqlı iştirakçı-dövlətlər arasındakı mübahisəyə aid bütün faktik xarakterli məsələlərə dair onun rəyi və məsələnin xoşluqla tənzimlənməsi imkanları barədə mülahizələri əksini tapır. Bu məruzəyə maraqlı iştirakçı-dövlətlərin yazılı təqdimatları və şifahi təqdimatlarının yazılı mətnləri də əlavə edilir;
d) Komissiyanın məruzəsi c) yarımbəndinə əsasən təqdim edildikdə, maraqlı iştirakçı-dövlətlər həmin məruzəni aldıqdan sonra üç ay ərzində Komissiyanın məruzəsinin məzmunu ilə razı olub-olmadıqlarını Komitə Sədrinə bildirirlər.
8. Bu maddənin müddəaları Komitənin 41-ci maddədə nəzərdə tutulan vəzifələrinin əhəmiyyətini azaltmır
9. Maraqlı iştirakçı-dövlətlər Komissiya üzvlərinin bütün xərclərini Birləşmiş Millətlər Təşkilatı Baş katibinin təqdim etdiyi smeta əsasında bərabər şəkildə ödəyirlər.
10. Birləşmiş Millətlər Təşkilatının Baş katibi, lazım gəldikdə, Komissiya üzvlərinin xərclərini bu maddənin 9-cu bəndinə müvafiq olaraq həmin xərcləri maraqlı iştirakçı-dövlətlər ödəyənə qədər ödəmək hüququna malikdir.
 
Maddə 43
Komitə üzvlərinin və 42-ci maddəyə əsasən təyin edilə bilən xüsusi razılaşdırma komissiyaları üzvlərinin Birləşmiş Millətlər Təşkilatının imtiyazlar və immunitetlər haqqında Konvensiyasının müvafiq bölmələrində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər Təşkilatının ezamiyyətə göndərilən ekspertlərinin malik olduqları güzəşt, imtiyaz və immunitetlər hüququ var.
 
Maddə 44
Bu Paktın yerinə yetirilməsinə dair müddəalar Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin təsisat aktları və konvensiyalarının göstərişlərinə əsasən, yaxud onlara müvafiq olaraq insan hüquqları sahəsində prosedurlara xələl gətirmədən tətbiq edilir; və bu Paktda iştirak edən dövlətlərin aralarındakı qüvvədə olan ümumi və xüsusi beynəlxalq sazişlərə əsasən mübahisəni həll etmək üçün digər üsullara əl atmalarına mane olmur.
 
Maddə 45
Komitə öz işi barədə İqtisadi və Sosial Şura vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik məruzə təqdim edir.
 
V HİSSƏ
 
Maddə 46
Bu Paktda heç nə Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış ibarələrin Nizamnamələrinin Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanlarının və ixtisaslaşdırılmış idarələrin bu Paktın aid olduğu məsələlərə dair müvafiq vəzifələrini müəyyənləşdirən qərarlarının əhəmiyyətinin azaldılması kimi yozulmamalıdır.
 
Maddə 47
Bu Paktda heç nə xalqların öz təbii sərvət və ehtiyatlarının sahibi olmaq və onlardan tam və azad surətdə istifadə etmək kimi ayrılmaz hüququnun sıxışdırılması kimi yozulmamalıdır.
 
VI HİSSƏ
 
Maddə 48
I. Bu Pakt Birləşmiş Millətlər Təşkilatının, yaxud onun hər-hansı ixtisaslaşdırılmış idarəsinin üzvünün, Beynəlxalq Məhkəmə Statutunun hər bir iştirakçı-dövlətinin və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Paktda iştiraka dəvət etdiyi hər bir dövlətin imzalanması üçün, açıqdır.
2. Bu Pakt təsdiq edilməlidir. Təsdiqetmə fərmanları Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulur.
3. Bu Pakt bu maddənin 1-ci bəndində göstərilən hər bir dövlətin qoşulması üçün açıqdır.
4. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulması ilə həyata keçirilir.
5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktı imzalamış, yaxud ona qoşulmuş dövlətlərə Hər bir təsdiqetmə fərmanının, yaxud qoşulma sənədinin depozitə qoyulması haqqında bildiriş göndərir.
 
Maddə 49
1. Bu Pakt otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd Birləşmiş Millətlər Təşkilatı Baş katibi yanında depozitə, qoyulduğu kündən üç ay sonra qüvvəyə minir.
2. Bu Pakt onu otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd depozitə qoyulduqdan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün həmin dövlətin özünün təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənədi depozitə qoyulduğu kündən üç ay sonra qüvvəyə minir.
 
Maddə 50
Bu Paktın qərarları heç bir məhdudiyyət qoyulmadan, yaxud istisnalar edilmədən federativ dövlətlərin bütün tərkib hissələrinə şamildir.
 
Maddə 51
1. Bu Paktda iştirak edən hər bir dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib təklif olunan hər bir düzəlişi bu Paktda iştirak edən dövlətlərə göndərərək onların həmin düzəlişlərə baxmaq və onları səsə qoymaq məqsədi ilə iştirakçı-dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını ona bildirməyi xahiş edir. İştirakçı-dövlətlərin heç olmasa üçdə biri belə konfransın çağırılmasına razılığını bildirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin konfransı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında çağırır. Bu konfransda və səsvermədə iştirak €dən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər bir düzəliş təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə təqdim edilir.
2. Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində və Paktda iştirak edən dövlətlərin, onların konstitusiya proseduralarına müvafiq olaraq, üçdə İkisi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
3. Düzəlişlər qüvvəyə minəndən sonra Onları qəbul edən iştirakçı-dövlətlər üçün icbari olur. Digər iştirakçı-dövlətlər üçün isə bu Paktın qərarları və onların qəbul etdiyi bütün əvvəlki düzəlişlər icbari olaraq qalır.
 
Maddə 52
Birləşmiş Millətlər Təşkilatının Baş katibi 48-ci maddənin 5-ci bəndində edilən bildirişdən asılı olmayaraq, həmin maddənin 1-ci bəndində söhbət gedən bütün dövlətlərə aşağıdakılar haqqında məlumat verir:
a) 48-ci maddəyə əsasən imzalamalar, təsdiqetmələr və qoşulmalar; b) 49-cu maddəyə əsasən bu Paktın qüvvəyə minmə tarixi, 51-ci maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minmə tarixi.
 
Maddə 53
1. İngilis, ispan, Çin, rus və fransız dillərindəki mətni eyni qüvvəyə malik olan bu Pakt saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə təhvil verilməlidir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktın təsdiq olunmuş nüsxələrini 48-ci maddədə göstərilən bütün dövlətlərə göndərir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).