9:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında tədbir keçirilib.


İyulun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə "Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi: hüquqlar və vəzifələr" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri Şərif Əsədov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə danışıblar.
Sonra Ombudsmanın əməkdaşları Aysel Nəcəflinin "Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi" və Həsən Həsənovun "İnsan hüquqlarının məhkəmədənkənar müdafiə mexanizmi-Ombudsman", Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İsmayıl Hənifəyevin "Fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlər" mövzusunda çıxışları dinlənilib.
Sonda videoçarx nümayiş etdirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

19.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).