4:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi davam etdirilir.

İyulun 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə Naxçıvan Qarnizon Hauptvaxtında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Rəmzi Həsənov, Samir Tarverdiyev, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Zülfüqar Zülfüqarov və Naxçıvan Qarnizon Hauptvaxtının şəxsi heyəti iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Zülfüqar Zülfüqarov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov giriş sözü ilə çıxış edərək hərbi qulluqçuların hüquq və vəzifələri, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar barədə danışıblar.
Sonra Ombudsmanın əməkdaşı Rəmzi Həsənovun "İnsan hüquqları kontekstində işgəncəyə məruz qalmamaq hüququ" mövzusunda çıxışı dinlənilib, qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

20.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).