7:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqlarının müdafiəsi diqqətdə saxlanılır.


İyulun 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə "Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində həyata keçirilmiş tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, cəza çəkməkdən azad edilmiş şəxslər və media nümayəndələri iştirak edib.
Tədbirdə Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vüsal Süleymanov giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikasında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və onlara yardım göstərilməsi barədə ətraflı məlumat veriblər.


Sonra Ombudsmanın əməkdaşı Həsən Həsənovun "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elvin Bağırlının "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində görülmüş işlər" mövzusunda çıxışları dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

25.07.2023














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).