4:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi hissədə növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.

İyulun 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Rəmzi Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Seymur Əlizadə və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Seymur Əlizadə və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.
Sonra Ombudsmanın əməkdaşı Rəmzi Həsənovun "Hərbi qulluqçuların hüquq və vəzifələri" mövzusunda çıxışı dinlənilib, hərbi qulluqçuların vəzifələri, onların hüquqlarının təmin edilməsi istiqamətində görülən işlər və aparılan islahatlar, eləcə də hərbi intizam və hüquq sahəsində qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
26.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).