7:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər1

Psixoloji yardım haqqında qanunvericiliyin pozulması hansı hallarda inzibati məsuliyyət yaradır və həmin xətalara görə hansı inzibati tənbeh növləri tətbiq edilir?



Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən psixoloji yardım almağa məcbur etməyə görə inzibati xətanı törətmiş şəxslər beş yüz manat məbləğində cərimə edilirlər.
Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs) məruz qoyan müalicə üsullarından istifadə edilməsinə görə inzibati xətanı törətmiş fiziki şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər.
Psixoloji yardım alan şəxslərin həyatına, sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə zərər yetirə biləcək tədqiqatlar aparılmasına görə inzibati xətanı törətmiş fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).