20:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Dövlət gənclər siyasəti: Heydər Əliyev və müasir gənclik" mövzusunda tədbir keçirilib.


Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu münasibətlə avqustun 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı tədbir keçirilib.
Tədbirdə dövlət orqanlarının, təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müharibə veteranları və fəal gənclər iştirak edib.


Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilmiş tədbirdə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov və Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov giriş sözü ilə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətindən, gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsi sahəsində həyata keçirilmiş tədbirlərdən danışıblar.


Sonra Müvəkkil aparatının əməkdaşı Türkan Gülməmmədlinin "Azərbaycan gənclərinin himayədarı - Ulu Öndər Heydər Əliyev", Gənclər Fondunun əməkdaşı Tural Məmmədzadənin "Heydər Əliyevin gənclər siyasətində dünyəvilik və mənəvi dəyərlərin qorunması", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Əli Bayramlının "Həssas qrupdan olan gənclərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin təhlili", Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudovun "Muxtar respublikada dövlət gənclər siyasəti: görülən işlər və perspektivlər" mövzularında çıxışları dinlənilib.
Sonda videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
11.08.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).