0:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Məhkumların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir.


Avqustun 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Həsən Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Nizami Nəcəfov, Ümumi rejim-1 bölməsinin əməkdaşları və məhkumlar iştirak edib.
Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova və Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru ədliyyə kapitanı Nizami Nəcəfov giriş sözü ilə çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə danışıblar.


Sonra Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Həsən Həsənov "Məhkumlara qohumları, vəkilləri və digər şəxslərlə görüşlərin və telefon danışıqlarının verilməsi qaydaları" mövzusunda çıxış edərək, cəzaların icrası və çəkilməsi zamanı məhkumların ən mühüm hüquqi təminatlarından biri onların xarici aləmlə əlaqənin onların qohumları, vəkilləri və digər şəxslərlə görüşləri, habelə telefon danışıqları vasitəsilə təmin olunması, bu sahədə qanunvericilikdə müəyyən olunmuş qaydalar barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
15.08.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).