16:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.


Avqustun 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Sadiq Babayev, Rəmzi Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Elşən Quliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənovun "Hərbi qulluqçuların təklif, ərizə və şikayət hüququ" mövzusunda çıxışı dinlənilib.
Tədbirdə müraciət etmək hüququnun cəmiyyətin və dövlətin idarə olunmasında vətəndaşların iştirakının bir forması olaraq hərbi qulluqçulara da şamil olunması, onların hüquqlarının təmin edilməsi istiqamətində görülən işlər və bu sahədə qanunvericiliyin tələbləri hərbi qulluqçuların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
23.08.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).