17:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.


Avqustun 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və Ombudsmanın əməkdaşları, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.
Ombudsman Günay Rzayeva qeyd edib ki, Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu məqsədlə Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən qeyri-hökumət təşkilatları ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verir.
Vurğulanıb ki, ötən dövr ərzində Müvəkkil tərəfindən qeyri-hökumət təşkilatlarının hüquqi maarifləndirilməsi istiqamətində mühüm tədbirlər keçirilib, o cümlədən Müvəkkil təsisatı tərəfindən keçirilmiş tədbirlərdə onların nümayəndələrinin iştirakı təmin olunub. Həmçinin tədbirdə qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarının insan hüquqları pozulmuş şəxsin razılığı ilə Ombudsmana şikayət vermək hüququ da izah olunub.


Ombudsman Günay Rzayeva əlavə edib ki, 15 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlaması yeni reallığa qədəm qoymuş ölkəmizdə QHT-lərin, ümumbəşəri və milli dəyərlərə önəm verən, dövlətin və xalqın maraqlarını hər bir şeydən üstün tutan vətəndaş cəmiyyətinin formalaşmasının göstəricisidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
30.08.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).