0:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır" mövzusunda tədbir keçirilib.


Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Sadiq Babayev, hərbi hissənin əməkdaşı Rəşad Həbibov və şəxsi heyəti iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayevin "Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır" mövzusunda çıxışı dinlənilib, Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Beynəlxalq Sülh Günü"nün təsis edilməsinin əsas məqsədi, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, o cümlədən ölkəmizin qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqliyi, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində görülən işlər hərbi qulluqçuların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
18.09.2023














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).