17:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Beynəlxalq Sülh Günü münasibətilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Müvəkkil aparatının əməkdaşı Rəmzi Həsənov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Anar Hacıəliyev və müvafiq zastavaların zabit, çavuş və əsgər heyəti iştirak edib.
Tədbirləri giriş sözü ilə Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Anar Hacıəliyev açaraq Ombudsmanın birgə təşkilatçılığı ilə sərhəd zastavalarında müxtəlif mövzularda həyata keçirilən tədbirlərin sərhədçilərin hüquqi maarifləndirilməsində rolundan danışıb.
Sonra Ombudsmanın əməkdaşı Rəmzi Həsənovun "21 Sentyabr Beynəlxalq Sülh Günüdür", "Döyüş növbəsi çəkmə qaydalarını pozma" mövzularında çıxışı dinlənilib.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
19.09.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).