17:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Ümummilli lider Heydər Əliyev və sülh siyasəti" mövzusunda tədbir keçirilib.


Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib.
"Ümummilli lider Heydər Əliyev və sülh siyasəti" mövzusunda keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Şəhər İcra Hakimiyyətinin, müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.
Tədbirdə Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Orxan Məhərrəmov giriş sözü ilə çıxış edərək ölkəmizdə insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh mədəniyyətini təbliğ etmək sahəsində ulu öndər Heydər Əliyevin xidmətləri, eləcə də bu istiqamətdə həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasovun "Sülh insan hüquqlarının qorunmasının və inkişafının zəruri şərtidir", Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Orxan Məhərrəmovun "Azərbaycan multikulturalizmi: dünyada sülh və dözümlülük nümunəsi kimi", Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərovun "Sülh və insanlıq əleyhinə cinayətlər" mövzularında çıxışları dinlənilib.
Sonda videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

20.09.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).