13:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva Naxçıvan Muxtar Respublikası Qadınlarının konfransında iştirak edib.


Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Qadınlarının konfransı keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfransın rəyasət heyəti və katiblik seçilib, gündəliyi təsdiq edilib. Gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin hesabat xarakterli məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qeyd edib ki, insan hüquqlarının qorunması, xüsusilə bu hüquqlar çərçivəsində qadın hərəkatının inkişafı və azadlıqların təmin olunması istiqamətində qanunvericilik bazası genişləndirilir, cəmiyyətin müxtəlif sferalarında qadınların rolunun artırılması yolunda işlər görülür, gender bərabərliyi mövzusunda müzakirələr aparılır. Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsi qadının kişi ilə hüquq bərabərliyini təsbit etməklə, milli hüquq sistemində qadının hüquqi statusunun əsaslarını prinsipial şəkildə müəyyən edir.
Ombudsman Günay Rzayeva vurğulayıb ki, ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da cəmiyyətin ictimai-siyasi həyatında qadınların rolu bu gün getdikcə artır. Muxtar respublikamızda qadınlar, xüsusən də aztəminatlı, sağlamlıq imkanları məhdud qadınlar üçün maliyyə savadlılığının artırılması, ailə büdcəsinin idarə olunması ilə bağlı təlimlərin keçirilməsi onların idarəetmə vərdişlərinin yüksəldilməsinə, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlib.
Sonra Ombudsman Günay Rzayeva qadın hüquqlarının daha da etibarlı müdafiəsi məqsədi ilə öz təkliflərini verib.


Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova çıxış edərək muxtar respublikada qadın siyasəti ilə bağlı görülən işlərdən, qazanılan uğurlardan danışıblar.
Konfransda muxtar respublikada qadınların ictimai-siyasi fəallığa cəlb olunması, ailə-nikah məsələləri ilə bağlı problemlərə toxunulub, gender siyasətinin uğurla reallaşması ilə bağlı təkliflər səsləndirilıb. Mövcud problemlərin və səsləndirilən təkliflərin nəzərə alınacağı bildirilib. Sonra Azərbaycan Qadınlarının VI Qurultayına nümayəndələri seçilib, konfransın yekun qərar layihəsi qəbul olunub.
29.09.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).