20:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva Ordubad şəhər tam orta internat məktəbində olub.


Oktyabrın 3-də əhalinin sosial qayğıya ehtiyacı olan qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib.


Başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin və asudə vaxtın təşkili vəziyyəti araşdırılıb. Müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyəti öyrənilib, uşaqlarla kollektiv söhbətlər aparılıb.


Sonda uşaqların asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Ombudsman tərəfindən müəssisə rəhbərinə tövsiyələr verilib.
03.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).