7:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa edilmiş dəyişikliklərin əhəmiyyəti barədə danışıb.


Ombudsman Günay Rzayeva ötən dövr ərzində insan hüquqlarının effektiv müdafiəsi baxımından Müvəkkilə müasir dövrün tələblərinə və beynəlxalq təcrübəyə uyğun yeni səlahiyyətlərin verildiyini bildirib.
Belə ki, ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində Müvəkkilin həyata keçirdiyi fəaliyyətə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə 30 dekabr 2022-ci il tarixli Konstitusiya Qanunu 12 yanvar 2023-cü il tarixdə, 9 iyun 2023-cü il tarixli Konstitusiya Qanunu isə 25 iyul 2023-cü il tarixdə təsdiqlənib.
Bununla əlaqədar Müvəkkil tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətin effektivliyinin artırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun da müvafiq müddəaları ölkə təcrübəsinə uyğunlaşdırılıb.
Dəyişikliklərə əsasən Müvəkkilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyətləri, o cümlədən şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək və preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək, habelə Preventiv qrupun üzvlərinə texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyat aparmaq hüququ verilib.
Həmçinin Müvəkkilə insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini aparmaq, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim etmək, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək funksiyaları verilib, habelə insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektlərinin, həmkarlar ittifaqlarının, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələrinin də Müvəkkilə şikayət edə bilmə imkanı müəyyən edilib, Müvəkkilin fəaliyyətinin əsasları sırasına isə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilib.
Müvəkkil Günay Rzayeva bildirib ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən hüquqi islahatların mühüm tərkib hissəsi kimi Müvəkkilin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanuna edilmiş dəyişikliklər və əlavələr müstəqil monitorinq mexanizmi vasitəsilə insan hüquqlarının və azadlıqlarının təmini vəziyyətinin öyrənilməsi və təhlilinə, hüquqların təmini vəziyyətinə nəzarətin genişləndirilməsinə, insan hüquqlarına və qanunların aliliyinə hörmətin artırılmasına, hüquq bərabərliyinin təmin edilməsinə, bir sözlə insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə xidmət edəcəkdir.

05.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).