9:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva "Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar" mövzusunda elmi-praktik konfransda iştirak edib.


Oktyabrın 6-da "Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Elmi-praktik konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası ədliyyə naziri Daşqın Rəhimov və Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev çıxış edərək Ulu Öndərin zəngin və şərəfli həyat yolu, siyasi və dövlətçilik fəaliyyətindən, onun başçılığı ilə aparılan hüquq islahatlarından danışıblar.
Konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşmasında, insan və vətəndaş hüquq və azadlıqlarının inkişafında və cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin təkamülü prosesinin sürətləndirilməsi sahəsində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

06.10.2023














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).