0:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə tədbir keçirilib.


Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Elnarə Hüseynova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov və Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimov giriş sözü ilə çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə danışıblar.
Sonra Ombudsmanın əməkdaşı Elnarə Hüseynova "10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günüdür" mövzusunda çıxış edərək psixi sağlamlığın qorunması, psixi pozğunluqdan əziyyət çəkən şəxslərin sosial inteqrasiyası və fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, onların hüquqlarının müdafiəsi və sosial müdafiəsinin gücləndirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

10.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).