21:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Azərbaycan hüquqi və demokratik dövlət quruculuğu yolunda- 20 il" mövzusunda tədbir keçirilib.


Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və Ombudsmanın əməkdaşları iştirak edib.
Ombudsman Günay Rzayeva giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib. Demokratik hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, beynəlxalq siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Hüquq sisteminin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir.


Sonra Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova "Hüquq və azadlıqların təminatçısı- 20 il" mövzusunda çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi, ölkəmizdə konstitusion qaydaların möhkəmləndirilməsi və hüquq siyasətinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

15.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).