18:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Ümummilli Lider Heydər Əliyev və təhsil hüququ" mövzusunda tədbir keçirilib.


Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində tədbir keçirilib.
Keçirilmiş tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti, o cümlədən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.


Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və universitetin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev giriş sözü ilə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət təhsil siyasəti, təhsil sistemində aparılan köklü islahatlar, həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun "Heydər Əliyev və Azərbaycan Respublikasında təhsil siyasəti", Müvəkkil aparatının baş məsləhətçisi Elnarə Hüseynovanın "İnsan hüquqları kontekstində təhsil hüququ: beynəlxalq və milli normalar" və Təhsil Nazirliyinin sektor müdiri Mətanət Cəlilovanın "Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili" mövzularında çıxışları dinlənilib.


Sonda videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

19.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).