0:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edib.


Oktyabrın 19-da ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.
Qurultaydan öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayevanın da iştirakçı olduğu tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edib.
Azərbaycan Qadınlarının VI Qurultayında "Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış", "Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər", "Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi", "Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar" mövzuları üzrə 4 paneldə müzakirələr aparılıb.
Tədbirdə iştirak edən ictimai-siyasi xadimlər çıxış edərək panel mövzular ətrafında fikir və təkliflərini bildiriblər.
20.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).