17:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada "Uşaq Hüquqları Aylığı" ilə bağlı MÜRACİƏTİ.
 


Uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların müdafiə olunması, təhlükəsizliklərinin təmin olunması, uşaq sağlamlığına diqqətin artırılması, onlar üçün sağlam mühitin yaradılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması, cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılması önəmli hesab olunan məsələlərdir.
Ölkəmizdə dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.
Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilir.
"Uşaq hüquqları aylığı"nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 20 oktyabr 2023-cü il tarixli müraciətinə qoşularaq muxtar respublikada bütün aidiyyəti qurumları "Uşaq Hüquqları Aylığı"na qoşulmağa dəvət edərək, təşəbbüsümüzə dəstək verməyə, aylıq çərçivəsində uşaqların iştirakını təmin etməklə uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırıram.

Günay Rzayeva
Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)

20 oktyabr 2023-cü il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).