17:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.


"Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi ölkə Konstitusiyasına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir."
Bu fikirlər oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə həyata keçirilmiş tədbirdə səsləndirilib.
Müvəkkilin fəaliyyət istiqamətlərinə uyğun olaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsi məqsədilə keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Sadiq Babayev, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşları İsa Həmidli, Neymət Hüseynov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Neymət Hüseynov və Ombudsmanın əməkdaşı Asiman Abbasov giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.
Sonra Ombudsmanın əməkdaşı Sadiq Babayevin "Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdilər və onlar ictimai təsir tədbirlərinə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayət məsuliyyəti yaradır" deyə çıxış edən məruzəçi bildirib ki, bu cinayətə görə hərbi qulluqçu bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, xidməti vəzifələri ilə bağlı müvafiq tövsiyələr verilib.
20.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).