17:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Məhkumların hüquqlarının qorunması diqqət mərkəzindədir.


Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-2 bölməsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Həsən Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, Ümumi rejim-2 bölməsinin əməkdaşları və məhkumlar iştirak edib.
Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov giriş sözü ilə çıxış edərək məhkumların və həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "Avropa Penitensiar Qaydaları" mövzusunda çıxışı dinlənilib, penitensiar müəssisələrin yaradılması və müasir dünya standartlarına cavab verən penitensiar normaların formalaşdırılması sahəsində müəyyən olunmuş qaydalar barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

23.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).