12:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı-20 il" mövzusunda tədbir keçirilib.


"Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir."
Bu fikirlər oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyi münasibətilə keçirilmiş tədbirdə səsləndirilib.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, institutun müəllim və tələbə heyəti, həmçinin muxtar respublikanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.
Tədbirdə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 20 ildəki parlaq fəaliyyətindən danışıb.


Qeyd olunub ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, ölkə Prezidenti cənab İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şəraitə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib.
Sonra tədbirdə Müvəkkil aparatının baş məsləhətçisi Sadiq Babayevin "Hüquq və azadlıqların hamisi-20 il" və Naxçıvan Müəllimlər İnstitutunun dekanı Rövşən Vəliyevin "Azərbaycanda ali təhsilin inkişafı, mövcud vəziyyət və perspektivlər" mövzusunda çıxışları dinlənilib.
Sonda dövlət başçısı cənab İlham Əliyevin prezident seçilməsinin 20 illik yubileyinə həsr olunmuş videoçarx izlənilib və fikir mübadiləsi aparılıb.

25.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).