15:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Hüquq islahatlarının müasir mərhələsi-20 il" mövzusunda tədbir keçirilib.


Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Ombudsmanın, Ali Məhkəmənin, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının müəllim və tələbə heyəti, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.


Tədbirdə Ombudsmanın köməkçisi Rəşid Talıbov və Ali Məhkəmənin şöbə müdiri Tural Cəfərov giriş sözü ilə çıxış edərək aparılan müasir hüquq islahatları və Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin əvəzsiz xidmətləri, eləcə də bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə danışıblar.


Sonra Ali Məhkəmənin əməkdaşı Xasa Seyidovanın "Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi", Ombudsmanın əməkdaşı Həsən Həsənovun "Müasir dövrdə insan hüquqlarının inkişafı", Vəkillər Kollegiyasının əməkdaşı Mircəlal Seyidovun "Vəkillik sahəsində islahatlar" mövzularında çıxışları dinlənilib.
Sonda videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

31.10.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).