13:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Uşaq Hüquqları Aylığı"na həsr olunmuş tədbir keçirilib.


"Uşaq Hüquqları Aylığı" çərçivəsində Ombudsmanın tapşırığına əsasən noyabrın 4-də Ombudsmanın əməkdaşları, Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə Zeynəddin kənd tam orta məktəbində olublar. Tədbirdə, həmçinin Babək rayonunda fəaliyyət göstərən bir neçə məktəbin müəllim və şagird heyəti iştirak edib.
Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmova giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Sonra Ombudsmanın şöbə müdiri Vahidə Bayramova BMT-nin Uşaq Hüquqları Konvensiyanın məzmunu, onun əsas ideyası barədə məlumat verib. Qeyd olunub ki, Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan verib.
Diskussiya şəklində keçirilən tədbirdə uşaq hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə kollektivlə söhbət aparılıb, uşaqları maraqlandıran suallar Ombudsmanın əməkdaşları tərəfindən cavablandırılıb.
Sonda videoçarx nümayiş etdirilib, tədbir uşaqlar tərəfindən maraqla qarşılanıb.

04.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).