15:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın əməkdaşları uşaq müəssisələrində olublar.


Noyabrın 14-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları "Uşaq Hüquqları Aylığı" çərçivəsində muxtar respublikanın uşaq müəssisələrində olublar.
Görüş zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq Hüquqları aylığı" elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğu vurğulanıb.


Qeyd olunub ki, insan hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, hüquqların müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması və bərpasından ibarətdir.
Həmin gün Ordubad şəhər tam orta internat məktəbində müəssisə əməkdaşları və uşaqlarla görüş keçirilib, hüquqi maarifləndirici müzakirələr aparılıb.

14.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).