19:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Uşaqların formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyət" mövzusunda onlayn tədbir keçirilib.
 
 
Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində onlayn tədbir keçirilib. Tədbirdə Ombudsmanın və Təhsil Nazirliyinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Təhsil Nazirliyinin əməkdaşı Gülxanım Orucova giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Sonra Ombudsmanın əməkdaşı Türkan Gülməmmədli BMT-nin Uşaq Hüquqları Konvensiyanın məzmunu, onun əsas ideyası barədə məlumat verib.
Diskussiya şəklində keçirilən tədbirdə psixoloq Səbinə Hacıyevanın "Uşaqların mənəvi inkişafında ailə və cəmiyyətin rolu" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında valideyn-övlad münasibətləri mühüm rol oynayır.
Tədbirin yekununda uşaq hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
15.11.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).