22:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Uşaq kitabxanasında tədbir keçirilib.
 
 
"Uşaq Hüquqları Aylığı" çərçivəsində Adil Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitbxanasında "Xoşbəxt uşaqlar xoşbəxt gələcək deməkdir" mövzusunda tədbir keçirilib. Tədbirdə Ombudsmanın və Uşaq Kitabxanasının əməkdaşları, müəllimlər və şagirdlər iştirak edib.
Kitabxananın direktoru Ruzi Süleymanov giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Ombudsmanın əməkdaşı Mətin Allahverdiyevin "İnsan hüquqları kontekstində uşaqların hüquqları" və Kitabxananın əməkdaşı Tərlan Məsumlunun "20 Noyabr Uşaq Hüquqları Günüdür" mövzularında çıxışları dinlənilib.
Tədbirin yekununda şagirdlərin insan hüquqları ilə bağlı səsləndirdiyi şüarlar dinlənilib, videoçarx izlənilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
 
16.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).