21:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Dövlət Film Fondunda tədbir keçirilib.
 
 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.
Naxçıvan Dövlət Film Fondunda keçirilmiş tədbirdə Ombudsmanın və Mədəniyyət Nazirliyinin əməkdaşları, müəllimlər və uşaqlar iştirak edib.
Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Sadiqov giriş sözü ilə çıxış edərək uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlərdən danışıb.
Tədbirdə Ombudsmanın əməkdaşı Rəmzi Həsənovun "İnsan hüquqları kontekstində uşaqların hüquqları" mövzusunda çıxışı dinlənilib, "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin əhəmiyyəti və burada təsbit olunmuş hüquqlar barədə məlumat verilib.
 

Tədbirin yekununda "Dərs" adlı film izlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
17.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).