14:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Uşaq Hüquqları Aylığı" çərçivəsində muxtar respublikada silsilə tədbirlər keçirilib.
 
 
 
Ölkəmizdə dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.
Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva muxtar respublikada bütün aidiyyəti qurumları "Uşaq Hüquqları Aylığı"na qoşulmağa dəvət edərək uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırıb.
Muxtar respublikanın daxili işlər, ədliyyə, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar "Uşaq Hüquqları Aylığı"na qoşularaq müvafiq tədbirlər keçirib.
Həmçinin aylıq çərçivəsində Müvəkkil Naxçıvan Qızlar liseyində uşaqlarla görüş keçirib, təsisat tərəfindən hazırlanmış "Sağlamlıq imkanları məhdud uşaqların hüquqi müdafiəsi" adlı məlumat kitabçasının və "Mənim hüquqlarım" adlı vəsaitin təqdimatı olub.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları tərəfindən muxtar respublikada yerləşən uşaq müəssisələrində monitorinqlər aparılıb, maarifləndirici görüşlər keçirilib.
Tərəfimizdən keçirilmiş tədbirlərdə 366 nəfər iştirak edib.
 
20.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).