Naxçıvanda "Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri" mövzusunda seminar keçirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə seminar keçirilir. "Naxçıvan Palace" oteldə keçirilən tədbirdə Ombudsman Səbinə Əliyeva, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinotoru Andrey Kozik, BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç, o cümlədən muxtar respublikanın dövlət orqanlarının əməkdaşları və media nümayəndələri iştirak edir. İki gün davam edəcək seminar-təlim beynəlxalq hüquq çərçivəsində müəyyən kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunub. Qeyd edək ki, seminar noyabrın 23-ü başa çatacaq. 22.11.2023
|