11:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunmuş seminar başa çatıb.
 
 
22-23 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində "Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri" mövzusunda seminar keçirilib.
Seminarda Ombudsman Səbinə Əliyeva, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinotoru Andrey Kozik, BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç, o cümlədən muxtar respublikanın müvafiq dövlət orqanlarının əməkdaşları və media nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç seminarın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzu ediblər.
 
 
 
Sonra BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinatoru Andrey Kozik və digər rəsmi şəxslərin mövzu ətrafında çıxışları olub.
Seminarın ikinci günündə mövzu ilə bağlı məruzələr dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
 
 
 
23.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).