8:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan 75 il ötür.
 
Bu münasibətlə noyabrın 28-də Müvəkkil və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Rüstəm Məmmədov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.
 
 
 
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Rüstəm Məmmədov giriş sözü ilə çıxış edərək Müvəkkilin birgə təşkilatçılığı ilə sərhəd zastavalarında bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirildiyini, bu kimi tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını vurğulayıb.
Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov "Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquqları və demokratiya dəyərləri" mövzusunda çıxış edərək Bəyannamənin müddəaları, onların hüquq və vəzifələri barədə hərbi qulluqçulara məlumat verib.
 
 
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
29.11.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).